21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 9-dan 17-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Rekord.az xəbər verir ki, hazırlıq prosesində komanda Omanın U-23 yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.

Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Millinin heyətinə dəvət alan futbolçuların siyahısını təqdim edirik:

Nr.Adı / SoyadıKlub
1Sadiq Məmmədzadəİmişli
2Səlim HəşimovGəncəbasar
3Teymur HəsənovQarabağ
4Ceyhun BağırzadəŞamaxı
5Elgün DünyamaliyevSabah
6Hüseyn HüseynovMingəçevir
7Timur VəliyevMaster-Saturn (Rusiya)
8Məhəmməd MəhəmmədovNeftçi PFK
9Həsən MəmmədliRot-Vays Oberhausen (Almaniya)
10Mikael Cəbrayılovİnter Barselona (İspaniya)
11Allahverdi RəhimovZaqatala
12Elnur MustafayevMingəçevir
13Yusif HacıyevZirə
14Qədir RamazanovQəbələ
15Ceyhun KəlbəliyevŞimal
16Dinamin BağırovGəncəbasar
17Cuma HüseynovQəbələ
18Elmar MəmmədovŞəfa
19Əli XəlilovAleksandriya (Ukrayna)
20Müzəffər QurbanovDnepr (Belarus)
21İlkin CəfərliSabah
22Elşən HidayətovBaku Sporting
23Yusif MehtiyevLokomotiv (Gürcüstan)
24Niyazi OsmanovŞimal