Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin idman zalında voleybol idman növü üzrə kütləvi tədbir keçirilmişdir.

Rekord.az xəbər verir ki, məktəbin fiziki tərbiyə müəllimi Cavid Məmmədov 14-17 yaşlı qız şagirdlərlə nümunəvi çıxışlar nümayiş etdirmişlər. Əvvəlcə voleybol terminləri yerinə yetirilmiş, daha sonra məşqçi-müəllim top qəbul etmə, başlanğıc zərbə vurma, mövqe seçmə və digər voleybol elementlərinin texnikasını nümayiş etdirmişdir.

Sonda şagirdlər iki komandaya bölünərək voleybol oynamışlar.

Nümunəvi çıxışlarda 24 nəfər qız şagird iştirak etmişdir.