Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı bugündən qüvvəyə minib.


Bu barədə Rekord.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) bildirilib.


Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.


2026-cı il üçün açıqlanan qadağan edilmiş maddələrin siyahısı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Siyahı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.