U-18 yığmamız Estoniyaya uduzdu
- 18:58
- 29
Bu gün 18 yaşadək voleybolçu qızlar arasında keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, yarışda çıxış edən Azərbaycan yığması bu gün son matçına çıxıb.
Gürcüstanın Telavi şəhərində təşkil olunan yarışdakomandamızın rəqibi B qrupunun ikincisi Estoniya yığması olub. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
EEVZA çempionatı
23 noyabr
Azərbaycan - Estoniya 0:3 (17:25, 17:25, 18:25)