U-18 millimiz Latviyaya yola düşüb.
- 18 Noy 2025 10:55
- 252
18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi bu gün Latviyaya yola düşüb. "Rekord.az" xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu ölkəyə yollanıb.
20-23 noyabr tarixlərində Latviyanın Daugavpils şəhərində keçiriləcək yarışda təmsilçimiz B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Estoniya və Ukrayna yığmalarıdır.U-18 millimizin heyəti:Oyunçular: Elvin Qədirli, Əlihüseyn Məmmədov, Əli Həmzəyev, İsmayıl Abbasov, Okan İsayev, Məhəmməd Orucov, Zamiq Mayılov, İslam Zamanov, Orxan Aslanzadə, Daniil Belov, Rafiq Rzayev, Elvin Abdullayev, Turan Qəhrəmanlı, Məhəmməd Bayramov.Baş məşqçi: Cahangir Seyed AbbasiKöməkçi məşqçi: Akif Vəliyev