Türkiyəli oyunçu "Gəncə"də
- 06 Yan 2026 12:13
- 94
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu yeni oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, Gəncə təmsilçisi türkiyəli voleybolçu Aysu Elverenin keçidini reallaşdırıb.
21 yaşlı voleybolçunun mövqeyi oyunqurucudur. A.Elveren son olaraq Kosovanın “Gjinoci” klubunda çıxış edib. O, bundan əvvəl Türkiyənin “Çanaqqala Bələdiyəspor”, “Ortakçı Orhaniyespor”, “Bahçelievler Belediyesi” və “VakıfBank” (gənclər) klublarının şərəfini qoruyub.
Qeyd edək ki, "Gəncə" bir neçə gün əvvəl oyunqurucu İsabelle Morganla yollarını ayırıb. Amerikalı voleybolçu ilə mövsümün əvvəlində müqavilə imzalamışdı.