Bu gün qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib. "Rekord az" xəbər verir ki, IV tur çərçivəsində Tovuz təmsilçisi “Turan” klubu “DH Volley” komandasını qəbul edib.

Tovuz OİK-də təşkil olunan qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Qonaq komanda ikinci seti aktivinə yazdırsa da bundan artığına gücü çatmayıb. Növbəti hissələrdə də qalib gələn "Turan" meydandan  3:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, IV turun son oyunu dekabrın 5-də “Gənclər” və “Gəncə” komandaları arasında keçiriləcək.


 Yüksək Liqa (qadınlar)

 IV tur

 26 noyabr

   “Turan” - “DH Volley” 3:1 (25:13, 20:25, 25:17, 25:23