"Turan" Gəncədən 3 xalla ayrılır
- 19:36
- 41
Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, 3-cü tur çərçivəsində Tovuzun "Turan" və Gəncənin "Gəncə" klubları üz-üzə gəliblər.
Gəncə İdman Sarayında keçirilmiş görüş region derbisi qonaq komandanın üstünlüyü ilə yekunlaşıb. "Turan" 3 hissə davam edən matçda quru hesablı qələbə ilə növbəti xallarını qazanıb.
Qeyd edək ki, turun digər qarşılaşmalarında UNEC klubu "AZERRAIL"i, "DH Volley" isə "Murov Az Terminal"ı 3:0 hesabları ilə məğlub ediblər. “Gənclər” komandası bu turda istirahət edib. “Milli Aviasiya Akademiyası” - “Abşeron” oyununun keçiriləcəyi vaxt isə hələ bəlli deyil.
Yüksək Liqa
21 noyabr
III tur
"Gəncə" - "Tovuz" 0:3 (19:25, 23:25, 19:25)