
"Turan" çempionata qələbə ilə başladı
- 23 Okt 2025 20:12
- 51
Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün AVF-nin İdman zalında 2-ci tur çərçivəsində "Turan" və "Gənclər" üz-üzə gəliblər.
Debütantların qarşılaşma Tovuz təmsilçisinin tam üstünlüyü ilə keçib. 3 set davam edən görüşdə "Turan" 3:0 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
II tur
"Turan" - "Gənclər" 3:0 (25:10, 25:9, 25:11)