
“Traktor”un ÇL oyunları Azərbaycanda yayımlanacaq
- 03 İyl 2025 18:40
- 55
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.
Rekord.az xəbər verir ki, bu barədə AzTV-nin yaydığı məlumatda bildirilib.
Tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor”un ÇL-dəki hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.
Bu yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.