Təxirə salınmış oyunun keçiriləcəyi vaxt bəlli oldu
- 16:26
- 68
Qadın voleybolçular arasında Yüksək Liqanın I turundan təxirə salınmış oyun keçiriləcək. "Rekord.az" xəbər verir ki, noyabrın 6-da Yüksək Liqanın I turundan təxirə salınmış “Gənclər” və “Murov Az Terminal” qarşılaşması baş tutacaq.
Oyun AVF-nin idman zalında saat 16:30-da təşkil olunacaq.
Qeyd edək ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarında çıxış etdiyi üçün hazırda Yüksək Liqaya fasilə verilib.
Yüksək Liqa (qadınlar)
I tur (Təxirə düşən oyun)
6 noyabr
16:30. “Gənclər” – “Murov Az Terminal”