Qadın voleybolçular arasında ölkə birinciliyində daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, 6-cı turdan təxirə salınmış "Murov Az Terminal" - "Abşeron" qarşılaşması baş tutub.
"Murov Az Terminal" klubuun idman zalında təşkil olunan oyun gərginliyi ilə yadda qalıb. Hərəyə iki set qazanan tərəflər matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə daha dəqiq oynayan "Abşeron" qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.


Yüksək Liqa
VI tur (Təxirə salınmış oyun)
   "Murov Az Terminal" - "Abşeron" 2:3 (25:21, 15:25, 20:25, 29:27, 11:15)