
Terimi ispaniyalı məşqçi əvəzlədi
- 13:30
- 40
Türkiyəli mütəxəssis Fatih Terimlə yollarını ayıran "Əl-Şəbab"ın yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi baş məşqçi vəzifəsinə ispaniyalı İmanol Alquasili gətirib. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Alquasilin son klubu "Real Sosyedad" olub. O, 2018-ci ilin dekabrından 2024/25 mövsümünün sonunadək İspaniya təmsilçisinə rəhbərlik edib.
"Əl-Şəbab" Səudiyyə Ərəbistanı çempionatının ötən mövsümünü 6-cı pillədə başa vurub.