“Tənqidləri hörmətsizlik kimi qiymətləndirirəm” - Dambrauskas
- 21:24
- 32
"Sabah" Misli Premyer Liqasının 5-ci turunun son matçında bu gün "Şəfa" ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, oyundan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
"Çempionlar Liqasındakı oyundan sonra belə matçlara köklənmək bir qədər çətindir. Amma mənim futbolçularımın yanaşması xoşuma gəldi. Düzdür, bəzi şeyləri bəyənmədim. "Old Trafford"dakı matçdan sonra belə oyunlara köklənmək həqiqətən çətindir. Oyuna yaxşı başladıq. Amma "Şəfa"nın da haqqını vermək lazımdır. Yaxşı mübarizə apardılar. Xoşuma gəlməyən şeylər oldu. "Old Trafford"dakı səhvləri burada da təkrarladıq. Buna baxmayaraq, mən məmnunam. Hər zaman dediyim kimi, növbəti oyuna hazırlaşmalıyıq. Ayın 19-da "İmişli" ilə matçımız var. Bu oyuna köklənməliyik.
Hər hansı bir futbol komandasını tənqid etmək çox asandır. Bundan asan bir iş yoxdur. Amma bunların heç biri bizə təsir etmir. Biz öz oyunumuza köklənmişik, çətin səfərdən sonra gəlib burada qələbə qazanmışıq.
Rəhman Daşdəmirovu tənqid edənləri heç də başa düşmürəm, anlamıram. Əvvəl deyirdilər ki, niyə azərbaycanlı oyunçu oynamır. Mən deyərdim ki, Rəhman TOP-3 oyunçudan biridir. Azərbaycanı Çempionlar Liqasında təmsil edirlər. Hörmət etmək lazımdır. Amma nəyə görə bu qədər tənqid olunmalıyıq? Düzdür, bu gözəl ölkədə hər kəsin tənqid etmək haqqı var. Amma mən bunları qəbul etmirəm. Hörmətsizlik kimi qiymətləndirirəm. Ən azından bu futbolçular Azərbaycanı, "Sabah"ı təmsil edirlər.
Bizim həqiqətən də möhtəşəm heyətimiz var. Bu cür heyətin əlimdə olmağından məmnunam, xoşbəxtəm”.