9-13 sentyabr tarixlərində İspaniyanın paytaxtı Madriddə çimərlik voleybolu üzrə U-22 Avropa çempionatı keçirilib. "Rekord.az" xəbər verir ki, qitə birinciliyində oğlanların mübarizəsində 26 ölkədən 32 cüt, qızların yarışında isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.

Turnirdə ölkəmizi İbrahim Məmmədov / Muhamməd Aslanlı və Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil ediblər. Reqlamentə əsasən, oğlanlarımız mübarizəyə təsnifat mərhələsindən, qızlarımız isə birbaşa əsas mərhələdən başlayıblar.

İbrahim Məmmədov / Muhamməd Aslanlı təsnifat mərhələsində İtaliya və İsrail komandaları ilə qarşılaşıb. Hər iki oyun rəqib komandaların qələbəsi ilə başa çatıb.

Çempionata əsas mərhələdən qatılan Səbinə Əlizadə / Leyla Əliyeva isə İtaliya, Çexiya və Danimarka komandaları ilə qarşılaşıb. Qızlarımız hər üç görüşdə məğlub olublar.

Qeyd edək ki, çimərlik voleybolçularımız 17-20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər.  

Avropa çempionatı U-22 (oğlanlar)

   İtaliya - Azərbaycan 2:0 (21:15, 21:10)

   İsrail - Azərbaycan 2:1 (21:15, 19:21, 15:11)

Avropa çempionatı U-22 (qızlar)

   İtaliya - Azərbaycan 2:0 (21:7, 21:8)

   Çexiya - Azərbaycan 2:0 (21:12, 21:8)

   Azərbaycan - Danimarka 0:2 (06:21; 18:21)