“Şirvan”dan növbəti qələbə, “Qaradağ Lökbatan”dan darmadağın
- 20:20
- 29
2-ci Liqada 3-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Şəmkir” – “Kür-Araz” matçında qalib müəyyənləşməyib. “Şəki” “Qaradağ Lökbatan”a böyük hesabla uduzub. “Ağdaş” “Difai”ni səfərdə, “Şirvan” isə “Hypers”i məğlub edib.
2-ci Liqa
3-cü tur
14 sentyabr
“Şəki” – “Qaradağ Lökbatan” 1:8
Qollar: Tural Məmmədzadə, 18 - Sabir Allahquliyev, 16; 34; 89. Təmraz Əmircanov, 20. Ramil Orucov, 28. Əjdər Hacılı, 59. Kamil Mahmudov, 64. Əli Əlizadə, 72.
“Difai” – “Ağdaş” 0:1
Qol: Ümid Mahmudov, 64.
“Şirvan” – “Hypers” 1:0
Qol: Amil Yunanov, 78.
“Şəmkir” – “Kür-Araz” 3:3
Qollar: Elşən Abdullayev, 8. İsa İsayev, 36. Pərvaz Məhərrəmli, 54 - Bayram Əliyev, 4. Ülvi Quliyev, 14-pen; 60.