Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.


Rekord.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında baş tutub.


Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.


Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.