"Şamaxı"nın qapıçısı Rikardo Fernandes "Sumqayıt"la 1:1 başa çatan oyundan sonra Rekord.az-a müsahibə verirb:


- Bu gün 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- 1 xal qazandıq. Ardıcıl beşinci səfər oyunumuz idi. Buna görə də çətin idi. Qrafikimiz də çətin idi. "Sumqayıt" da güclü rəqibdi. Bunları nəzərə alsaq, 1 xal qazandığımızı düşünürəm.

- Bu günə qədər bütün oyunlarınızı səfərdə keçirmisiniz. Bu amili də nəzərə alsaq, yığdığınız 6 xalı uğur kimi qəbul etmək olar?

- Prinsipcə, bunun bizim üçün heç bir fərqi yoxdur. Çünki evdə də oynasaq, səfərdə də oynasaq, bütün oyunlara qələbə üçün çıxırıq. Bəzən 3 xal olur, bəzən 1 xal olur, oyuna görə dəyişir. 

- Növbəti turda mövsümdə ilk dəfə Şamaxıda oynayacaqsınız. Yəqin ki, doğma meydançadakı ilk oyunda sizi ancaq qələbə qane edəcək?

- Evdə, doğma azarkeşlərimizin gözü önündə, azarkeşlərimiz, ailəmiz üçün oynayacayıq və qələbə üçün nə lazımdır, edəcəyik.

- Son dəqiqələrdə rəqibin 100 faizlik qol epizodunu dəf etdin. Necə düşünürsən, komanda 1 xal üçün sənə minnətdar ola bilər?

- Bu mənim işimdi, komandam üçün bunu etməliyəm. Mən öz işimi yerinə yetirmişəm.

- Premyer Liqada özünü ən yaxşı tərəfdən göstərən qapıçılardansan. Daha iddalı klublardan təklifin olubmu?

- Mən hazırda "Şamaxı"nın futbolçusuyam, özümü burda çox xoşbəxt hiss edirəm və hansısa təkliflərlə maraqlanmıram.


Anar XANLAROV