Avqustun 17-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı start götürəcək.


Rekord.az xəbər verir ki, 9 gün davam edəcək reytinq xarakterli yarışda Azərbaycan millisi də gücünü yoxlayacaq.


Yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.


Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kq) sınayacaq.


Çempionatda hakim qiymətləndiricisi Anar Babanlı isə ölkəmizin idman şərəfini qoruyacaq.


Qeyd edək ki, Sofiyadakı yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.