Son turda "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "Qəbələ"ni "Neftçi" ilə növbəti tur matçına da böyük ehtimalla Amil Ağacanovla Asif Məmmədov çıxaracaq.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərliyin namizədlər siyahısında bir neçə məşqçinin adı var və müzakirələr gedir.

Lakin tələsik addım atmaq istəmirlər. Rəhbərlik yeni baş məşqçi ilə bağlı qərarını millinin oyunları ilə bağlı sentyabrın 20-dən oktyabrın 9-a kimi yaranacaq fasilə müddətində verməyi düşünür.