"Şəfa" Misli Premyer Liqasının 5-ci turunun son matçında bu gün "Sabah"ı qəbul edib.  


Rekord.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimovun oyundan sonra konfransı keçirilib. Həşimov baxımlı oyun olduğunu bildirib:


"Düşünürəm ki, baxımlı oyun oldu. Azarkeşlər matçdan həzz ala bildilər. 26-cı dəqiqəyə qədər oyundan razı idim. Rəqibin də gücünü nəzəra almaq lazımdır. Ümumən oyunçularımdan narazı qalmadım. Düşünürəm ki, "Şəfa" vaxt keçdikcə daha yaxşı olacaq. 


Daha çox qol buraxan komandalardan biriyik. Bununla bağlı məşqlərdə işləyirik. Az qol vurmağımıza gəldikdə isə, qarşılaşdığımız rəqiblərin də gücünü nəzərə almaq lazımdır".


"Şəfa" növbəti turda "Qarabağ"la üz-üzə gələcək.