"Sumqayıt"ın müdafiəçisi İsa Suliman "Şamaxı" ilə 1:1 başa çatan oyundan sonra Rekord.az-a müsahibə verib:


- Öncə oyunla bağlı fikirlərin...

- Çox çətin oyun oldu. Bizim üçün də vacib matç idi. Daha yaxşısını etmək istəyirdik, amma təəssüf ki, 1 xalla kifayətləndik. 

- Yeni mövsümdə ilk xalınızı qazanıb sonuncu pillədən çıxdınız. Növbəti oyunda artıq hamı sizdən qələbə gözləyir...

- Biz bugünkü oyunda da 3 xal haqqında düşünürdük. Amma 1 xal götürdük. Növbəti matçda da hədəfimiz 3 xal olacaq.

- Uzun müddətli fasilədən sonra yenidən yaşıl meydanlara qayıtdın. Özünü necə hiss edirsən?

- İki il uzun müddətdir. Amma bu gün özümü çox yaxşı hiss edirəm və hər şey qaydasındadır.

- Özünü "Sumqayıt"da necə hiss edirsən, hələ neçə müddət burda qalmağı düşünürsən?

- Özümü burda yaxşı hiss edirəm və hələ uzun müddət qalmağı düşünürəm. Burda hər şey ürəyimcədir. Onu da qeyd edim ki, uzun müddət zədəli olduğum dönəmdə klub mənə çox böyük dəstək göstərdi.

- Bu gün komandanı kapitan kimi meydançaya çıxarsan da çox aqressiv idin. Bu nə ilə bağlı idi?

- Elə bir səbəb yox idi, futbolun içində olan emosiyalardı. Oyundan sonra hamı ilə əl sıxıb görüşdüm.


Anar XANLAROV