Toral oynadı, komandası xal itirdi
- 00:02
- 31
Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” öz meydanında “Erokspor”u qəbul edib.
Dörd qolluq oyunda qalib müəyyənləşməyib – 2:2.
Toral da bu qarşılaşmada meydanda olub. O, matçın 63-cü dəqiqəsində oyuna daxil olaraq sonadək mübarizə aparıb.
“Bursaspor” hazırda 7 xalla vahid liderdir.