"Naxçıvan" daha bir gənc basketbolçunu heyətinə qatıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Murad Babayevlə 1 illik müqavilə imzalanıb.


Xatırladaq ki, 20 yaşlı oyunçu son olaraq NTD klubunun şərəfini qoruyub. M.Babayev həmçinin bu yay FIBA U-20 Avropa çempionatının B divizionunda Azərbaycan millisinin heyətində də çıxış edib.