Azərbaycanın "LANDAU Lions" basketbol komandası avrokuboklarda bu gün mübarizəyə start verəcək.


Rekord.az xəbər verir ki, komanda FIBA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu Latviyanın "VEF Riqa" kollektivinə qarşı keçirəcək.


Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 15:15-də start veriləcək.


Cütün qalibi növbəti raundda "Opava" (Çexiya) - "Dziki" (Polşa) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.


Məğlub olan tərəf isə yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.


Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.