Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni klubu “Bukovina”nın heyətində ilk rəsmi matçına çıxıb.


Rekord.az xəbər verir ki, təmsilçimiz Ukrayna Premyer Liqasının 6-cı turunda “Zarya” ilə görüşdə debüt edib.


Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Dadaşov isə 66-cı dəqiqədə meydana buraxılıb. Komandası bərabərlik qolunu məhz o meydana çıxandan sonra vurub.


Bu heç-heçədən sonra xallarının sayını 7-yə çatdıran “Bukovina” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.