Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Türkiyə Super Liqasının 7-ci turunda keçirilməsi planlaşdırılan "Göztəpə" – "Alanyaspor", 1-ci Liqada isə "Menemenspor" - "Ankaraspor" və "Altınordu" - "Bandırmaspor", 3-cü liqada "Berqama Belediyespor" - "KozanSpor" görüşləri təyin olunan vaxtda keçirilməyəcək. Bu oyunların hamısı oktyabrın 31-də baş tutmalı idi.

Qeyd edək ki, İzmirdə 6,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində ilkin məlumatlara görə 4 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.