Xəbər verdiyimiz kimi, Qazaxıstanın U-21 millisinin sabiq üzvü Kərəm Sultanov "Sumqayıt"dan ayrılıb.

Rekord.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi yayda 2 illik müqavilə imzaladığı 24 yaşlı yarımmüdafiəçi ilə yollarını ötən gün ayırdı.

Əldə etdiyimiz məlumata görə, Kərəmin gedişini ilk növbədə baş məşqçi Ayxan Abbasov istəyib. Çünki Kərəm intizamsız futbolçu idi və nizam-intizama əməl etmirdi. Bundan başqa, idman rejiminə də əməl etmirdi, daim artıq çəkidən əziyyət çəkirdi.