Azərbaycan millisi Latviyaya məğlub oldu
- 23:00
- 35
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, yığmamız Latviya seçməsi ilə üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 5:1.
Xatırladaq ki, Azərbaycan millisi 12-ci qrupda daha əvvəl səfərdə Çexiyaya uduzub - 1:2. Lənkəranda isə həmin komanda ilə heç-heçə edib - 2:2.