Slaven Slavçev bu gedişlə mövsümün sonuna kimi "Qarabağ"da qalmalı olacaq.

Rekord.az-a daxil olan məlumata görə bolqarıstanlı futbolçunun oyunu Qurban Qurbanovu qane etmir və onu gələcək planlarına daxil etməyib.

Lakin müqaviləsi olduğundan göndərmək mümkün deyil. Futbolçu ya satıla ya da icarəyə verilə bilər. Di gəl ki Slavçevə yaxın duran yoxdur. Nə almaq istəyən var nə də icarəyə götürmək istəyən.