İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi Mərakeş yığmasının hücumçusu Yussef En-Nesirini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Leqanes”dən transfer olunan 22 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa qədər müqavilə imzalayıb.

Yussef İspaniyanın digər klubu “Malaqa”nın yetirməsidi. O, “Leqanes”ə 2018-ci ildə məhz sözügedən klubdan transfer olunmuşdu. Mərakeş yığmasında 32 oyun keçirən hücumçu 9 qol müəllifi olub.