photo

Samir Abasov İspaniyaya getməyə hazırlaşır: səbəbini oxuyun

  • 2019-11-16 15:00
  • 589

Ötən həftə mətbuatda “Zirə”dən ayrılandan sonra işsiz məşqçilər sırasına qoşulan Samir Abasovun AFFA-ya yollanaraq baş katibi Elxan Məmmədovla görüşdüyü, 41 yaşlı mütəxəssisin baş katibdən işlə təmin olunmasını xahiş etdiyi haqda xəbər yayılmışdı.

 

Rekord.az xəbər verir ki, həqiqətən də “qartallar”ın sabiq çalışdırıcısı Elxan bəylə görüşüb. Ancaq görüşün məqsədi başqa olub.

 

Mənbəmizin sözlərinə inansaq, Samir bəy baş katibdən İspaniyaya yollanmaq üçün viza alınmasında kömək göstərməyi xahiş edib. Abasovun Pireney yarımadasına səfərdə məqsədi isə “Sevilya”nın düşərgəsinə baş çəkmək, müəyyən təcrübə toplamaq, futbol biliyini artırmaqdı.


Söylənilənləri dəqiqləşdirmək üçün Abasovla əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı. ("Futbol plus" qəzeti)

Son xəbərlər