"Aznur" minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində mübarizəni dayandırıb.


Rekord.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda F qrupundakı sonuncu matçını Macarıstan təmsilçisi "The Private Rooftop"a qarşı keçirib.


Bu görüşdə "Aznur" 4:0 hesablı qələbə qazanıb. Azərbaycan klubunun heyətində Elməddin Hüseynzadə (7), Mirkamil Əliyev (11), Mehdi Rəsulov (14) və Pərviz Qaraxanov (33) fərqləniblər.


Qələbəyə baxmayaraq komanda İspaniyanın Kambrils şəhərində təşkil olunan turnirlə vidalaşıb.


"Aznur" ötən gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmada isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilmişdi.