Corc Rassel Bakıdakı ikinci sərbəst yürüşdə də ən sürətli oldu
- 19:00
- 41
Formula 1 üzrə Azərbaycan qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Rekord.az xəbər verir ki, "Mersedes" pilotu Corc Rassell növbəti dəfə ən yaxşı nəticəni göstərib.
Onun komanda yoldaşı Andrea Kimi Antonelli ikinci, "Red Bull"dan Maks Ferstappen üçüncü olub.
Xatırladaq ki, Corc Rassell günün ilk yarısındakı birinci sınaq yürüşündə də ən yaxşı nəticəni göstərmişdi.
İkinci sərbəst yürüş zamanı ciddi qəzalar da qeydə alınıb. "Racing Bulls"dan Arvid Lindblad uğursuzluqla üzləşib. Onun bolidi baryerə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.
Daha sonra "Haas" komandasının pilotu Oliver Berman ikinci sərbəst yürüşdə mübarizəni dayandırmalı olub. Onun bolidində problem aşkarlanıb.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.