
“Şamaxı”dan növbəti transfer
- 07 İyl 2025 21:30
- 43
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən komanda isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. 31 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.
"Şamaxı" daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov və Dioqo Balaunu da transfer etmişdi.