"Sabah"ın Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi "Çelye" (Sloveniya) yarımmüdafiəçi transfer edib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Darko Hrka ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.


"Nafta"dan (Sloveniya) transfer olunan 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.


"Sabah" və "Çelye" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.