"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan "Çelye" klubu heyətinə yeni futbolçu qatıb.


Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb.


29 yaşlı oyunçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində "Dalian Kun Siti"nin formasını geyinib.


"Sabah" və "Çelye" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.