Hazırda "Region Liqası"nda çıxış edən bir neçə komanda var ki, növbəti mövsüm I Divizionda oynamaq istəyir. Konkret olaraq, "Şamaxı", "Mil", "Uğur" kimi komandaların belə istəyi var.


Lakin Rekord.az-a daxil olan məlumata görə, AFFA bu klublara müsbət cavab verməkdə maraqlı deyil.


Artıq mart ayında sənədlər federasiyaya təqdim olunmalıdır. Sözügedən komandalar da sənədləri hazırlamağa başlayıblar. Lakin federasiya hələ ki onların bu istəyinə qarşıq soyuq münasibət göstərir.  Deyilənə görə, federasiya I Divizion üçün müraciət edəcək klublara daha 1 il "Region Liqası"nda oynamağı tövsiyyə edəcək.