“Gəncə” Türkiyə təmsilçisinə uduzdu
- 21:30
- 40
"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, C qrupunda 6-cı turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçisi rəqibinə uduzub - 61:93.
Görüş Gəncə İdman Sarayında keçirilib.
Xatırladaq ki, "Gəncə" daha əvvəl Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib. "Gəncə" "Rilski Sportist" (Bolqarıstan) ilə dueldə texniki məğlubiyyətlə (0:20) üzləşib.