Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 2-ci tur çərçivəsində "AZERRAIL" və "Milli Aviasiya Akademiyası" klubları üz-üzə gəliblər. 

GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş meydan sahiblərinin üstünlüyünü ilə keçib. 3 set davam edən qarşılaşmada "AZERRAIL" quru hesablı qələbəyə sevinib.


Super Liqa

12 noyabr 

2-ci tur

   "AZERRAIL" - "Milli Aviasiya Akademiyası" 3:0 (25:20, 25:22,  25:23)