"Zəfər günü"nə həsr olunan daha bir turnir
- 17:22
- 34
"8 Noyabr Zəfər Günü" münasibəti ilə Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin birgə təşkilatçılığı ilə Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Yeni Təmayül Tədris Modeli (YTTM) üzrə təhsil alan X sinif şagirdləri arasında minifutbol idman növü üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd minifutbol idman növünün rayonda inkişaf etdirilməsi olub.
Müvafiq olaraq I,və II yerləri tutan komandalar diplom və medallarla təltif edilib.