Millimiz AÇ-də 7 boksçu ilə mübarizə aparacaq
- 14:40
- 40
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq.
Bu barədə Rekord.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində start götürəcək yarış doqquz gün davam edəcək.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə Poreçdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcəklər.
Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Noyabrın 14-də Xorvatiyaya yollanacaq milli komanda 12 gün sonra Bakıya qayıdacaq.