Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək.


Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Yarış noyabrın 21-də Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.


Müxtəlif yaş kateqoriyalarındakı gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.