“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub oldu
- 19:30
- 40
Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 24:27 hesabı ilə məğlub olub.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq. "Kür" 2-ci raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.