Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


Rekord.az xəbər verir ki, Seneqalda 51 kq çəki dərəcəsində mübarizə aparan milli komanda üzvü finalda Qrenyellis Qarsiya (Venesuela) ilə üz-üzə gəlib.


Rəqibinə məğlub olan G.Hüseynova Olimpiya Oyunlarının ikincisi olub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.


Qeyd edək ki, Gülər Hüseynovadan əvvəl oğlan boksçulardan Rüfət Hüseynov (49 kq) Nankin-2014-də qızıl, Sinqapur-2010-da Salman Əlizadə (48 kq) ilə Elvin İsayev (57 kq) gümüş, Buenos-Ayres-2018-də isə Nurlan Səfərov (60 kq) bürünc mükafat əldə ediblər.