Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının döyüşü keçiriləcək.


Rekord.az xəbər verir ki, noyabrın 14-də təşkil ediləcək gecəyə Azərbaycan millisinin idmançısı Məhəmməd Abdullayev də dəvət alıb.


+90 kq-da rinqə çıxacaq boksçumuz Gilbert Kabamba (ABŞ) ilə döyüşəcək.


Bu gün Macarıstana yollanan boksçu və məşqçisi Etibar Abdullayev noyabrın 15-də Bakıya qayıdacaq.


Gecədə qadın və kişi boksçular hərəsi 5 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.