Almaniyanın "Hoffenhaym" klubunun futbolçusu Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.


26 yaşlı müdafiəçi cəzalı duruma düşdüyünə görə məşqçilər korpusundan icazə alıb.


Ozan Kabak ötən gün Belçikaya 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyununda sarı vərəqə aldığı üçün növbəti matçı buraxacaq. Türkiyə millisi noyabrın 15-də səfərdə Fransa ilə üz-üzə gələcək.