Balakəndə velosiped üzrə rayon turniri keçirilib
- 11:45
- 40
Balakəndə 8 Noyabr- Zəfər Gününə həsr edilmiş velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnir 10 noyabr 2026-cı il tarixdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru və Balakən Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə Balakən OİK-də keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, həmçinin sağlam həyat tərzinin və idmanın təşviq olunmasıdır. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli təşkili, onların fiziki fəallığının artırılması və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi hədəflənir.