Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.


Bu barədə Rekord.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.


Raundun matçları iki günü əhatə edəcək. "Sabah" - "İmişli" matçı dekabrın 1-də, "Neftçi" - "Şəfa" və "Sumqayıt" - "Qarabağ" qarşılaşmaları dekabrın 2-də keçiriləcək.


Azərbaycan Kuboku


1/8 final mərhələsi


1 dekabr (çərşənbə axşamı)


14:00. "Karvan-Yevlax" – "Zirə"


Yevlax şəhər stadionu


16:00. "Sabah" – "İmişli"


"Sabah Arena"


19:00. "Turan Tovuz" – "Kəpəz"


Tovuz şəhər stadionu


2 dekabr (çərşənbə)


14:00. "Araz-Naxçıvan" – "Marafon"


Şamaxı şəhər stadionu


16:00. "Qəbələ" – "Şahdağ Qusar"


Qəbələ şəhər stadionu


16:00. "Neftçi" – "Şəfa"


"Palms Sports Arena"


19:00. "Gəncəbasar" – "Şamaxı"


Gəncə şəhər stadionu


19:00. "Sumqayıt" – "Qarabağ"


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu