Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.


Turnirdə keçirilməsi planlaşdırılan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.


Bu hal üçüncü dəfə təkrarlandığından "Çərəkə" U-11 Liqasından kənarlaşdırılıb. Komandanın keçirdiyi oyunların nəticələri ləğv edilib.